Srinivasa Ramanucan

Srinivasa Ramanucan
tam. مش فاكر اسمه
Doğum tarixi
Doğum yeri Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanı
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı
Elm sahələri kombinatorika, ədədlər nəzəriyyəsi, riyaziyyatçı
İş yerləri
Təhsili
Elmi rəhbərləri Qodfri Hardi
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Srinivasa Ramanucan (ing. Srinivasa Ramanujan, ingiliscə tələffüzü: [/ˈʃriːniˌvɑːsə rɑːˈmɑːnʊdʒən/], dinlə; d. 22 dekabr 1887, Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanıö. 26 aprel 1920, Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı) — Britaniya Hindistanı zamanında yaşamış hindistanlı riyaziyyatçı. Onun mücərrəd riyaziyyat üzrə rəsmi təliminin olmamasına baxmayaraq, riyazi analiz, ədədlər teorimi, sonsuz sıralar, davamlı kəsirlər və həlli qeyri-mümkün qəbul edilən məsələlərin həlli də daxil olmaq üzrə əhəmiyyətli qatqıları olmuşdur. Ramanucan ilkin olaraq təcrid vəziyyətində öz riyazi tədqiqatlarını inkişaf etdirdi; tezliklə Hind riyaziyyatçıları tərəfindən tanındı.Fəaliyyətini daha yaxşı anlayabilən riyaziyyatçıların axtarışında olaraq, 1913-cü ildə Kambric Universitetindəki riyaziyyatçı Qodfri Hardi ilə poçt vasitəsi ilə tərəfdaşlıq etməyə başladı.Tanınması üçün qeyri-adi çalışmasından nümunə kimi Hadriyə göndərdi, Hadri onun Britaniyaya səyahət etməsini təşkil etdi.

Qısa həyatı boyunca Ramanucan müstəqil olaraq təxminən 3900 nəticə (əsasən hərfli ifadələr və tənliklər) tərtib etmişdir.[3] Bir çoxu tamami ilə yeni; Ramanucan ədədi, Ramanucan teta funksiyası, bölgü formulu, mock modular formulu yeni bütöv fəaliyyət sahəsi açmış və sonraki bir çox araşdırmaya ilham qaynağı olmuşdur.[4] Demək olar ki, indi bütün iddialarının doğruluğu sübut edilmişdir. Ramanucan jurnalı, hakim-təftişi elmi jurnalı riyaziyyatın hər sahəsinədə nəşrlər etmək üçün Ramanucandan təsirlənərək qurulmuşdur [5] və onun yayınlanmış və yayınlanmamış nəticələrinin xülasəsini ehtiva edən qeyd dəftəri, yeni riyazi fikirlərin mənbəyi kimi ölümündən sonra onilliklər ərzində təhlil və tədqiq edilmişdir. O Səltənət cəmiyyətinin ən gənc ikinci hind üzvü olaraq və ilk hintli üzvü olaraq Kambric Müqəddəs Üçlü Kollecinə seçildi. Hadri Ramanucanın orginal məktublarına "bir baxışın" Eyler və Cakobi kimi böyük riyaziyyatçılar ilə müqayisə edilə biləcək dərəcədə böyük bir riyaziyyatçının yazabiləcəyini göstərmək üçün kifayət olduğunu ifadə etmişdi.

1919-cu tutulduğu hepatit amöbiazis xəstəliyi onu Hindistana qayıtmağa məcbur etdi.1920-ci ildə 32 yaşında vəfat etdi. Onun Hadriyə 1920-ci il yanvar ayında yazdığı son məktubları göstərdi ki, Ramanucan hələ də yeni riyazi fikirlər və teoremlər yaratmağa davam edirdi.Onun ömrünün son ilindəki kəşflərini ehtiva edən "itirilmiş qeyd dəftəri" 1976-cı ildə aşkar olunduğunda riyaziyyatçılar arasında böyük həyacana səbəb olmuşdur. Dərin bir dindar olan Ramanucan ,[6] özünün riyazi qabiliyyətinin ilahi qüvəyə bağlı olub aliə tanrılarından gəldiyini bildirmişdi. O bir vaxt demişdi "Tanrının düşüncəsini ifadə etmədikcə, heç bir tənliyin mənim üçün bir mənası yoxdur " [7]

  1. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  3. Berndt, Bruce C. Ramanujan's Notebooks, Part 5 (ingilis). Springer Science & Business Media. 1997-12-12. 4. ISBN 9780387949413. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
  4. Ono, Ken. "Honoring a Gift from Kumbakonam" (PDF). Notices of the American Mathematical Society. Mathematical Association of America. 53 (6). June–July 2006: 650. 21 June 2007 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2007.
  5. Alladi, Krishnaswami; Elliott, P. D. T. A.; Granville, A. Analytic and Elementary Number Theory: A Tribute to Mathematical Legend Paul Erdos (ingilis). Springer Science & Business Media. 30 September 1998. 6. ISBN 9780792382737. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2018.
  6. Kanigel, Robert. The Man Who Knew Infinity: A Life of the Genius Ramanujan (ingilis). Simon and Schuster. 2016-04-26. 30–33. ISBN 9781476763491. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-06.
  7. "The Man Who Knew Infinity," (1991), Kanigel, Robert, page 7 of Prologue

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy